Terim üçün sürpriz nəticə
16.10.2008 - 09:46
Terim üçün sürpriz nəticə
Bakı - APA-Sport. “Ümid edirəm ki, bu gün itirdiyimiz 2 xalın acısını çəkməyəcəyik. Qələbə qazansaydıq, inamlı addım atmış olacaqdıq. 10 dənə real qol imkanı yaxalasaq da, dəyərləndirə bilmədik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim söyləyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya ilə keçirdikləri oyundan razı qalan mütəxəssis qolsuz heç-heçəni sürpriz nəticə adlandırıb: “Avropa çempionatının seçmə mərhələsində də xal itkiləri ilə üzləşdik. Əlbəttə, bu üzücü məqamdır. Amma mən 4 gündə iki əla oyun keçirən yetirmələrimdən razıyam. Növbəti oyunlarda Belçika, İspaniya və Bosniya və Herseqovinanı səfərdə məğlub edə bilərik”.

Oyunu dəyərləndirən Estoniya yığmasının baş məşqçisi Tarmo Ruutli isə seçmə mərhələdə qazandıqları ilk xala sevindiklərini vurğulayıb.
0