Uğur Boral estonları ittiham etdi
16.10.2008 - 10:54
Uğur Boral estonları ittiham etdi
Bakı - APA-Sport. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Estoniyanı məğlub edə bilməyən Türkiyə yığmasının üzvü Uğur Boral rəqibi antifutbol oynamaqda ittiham edib. “APA-Sport”un məlumatına görə, gənc yarımmüdafiəçi şanssızlıqdan da gileylənib.

“Gözlənilməz xal itkisinin üzüntüsünü yaşayırıq. Rəqib oyunçular bütünlüklə qapı önünə yığışmışdılar. Futbolu bilməyən insanlarla oynamaq çox çətindir” - deyə Uğur bildirib.

Boral qolsuz heç-heçəyə görə türk xalqından da üzr istəyib.
0