Milli komandamızın özünəməxsus rekordu
16.10.2008 - 11:52
Milli komandamızın özünəməxsus rekordu
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandası son il yarım ərzində qazandığı bütün qələbələri rəqib meydanında əldə edib. “APA-Sport”un hesablamalarına görə, Manamada keçirilən yoldaşlıq oyununda Bəhreyni 2:1 hesabı ilə məğlub edən yığmamız tarixində 5-ci dəfə səfərdən qalib ayrıldı. Rəqib meydanındakı bütün uğurları yoldaşlıq oyunlarına təsadüf edən yığma son 14 ayda üç dəfə meydan sahiblərini məyus edib. İndiyədək qazandığı 25 qələbədən 5-ni rəqib, 9-nu neytral meydanda rəsmiləşdirən komandamız ölkəmizdə 11 dəfə sevinib. Evdəki axırıncı qələbəsini ötən ilin martında qeyd edən yığmamız son il yarımda udduğu üç qarşılaşmanın hamısı səfərdə keçirib.

Azərbaycan milli komandasının səfər qələbələri

tarix

rəqib

hesab

baş məşqçi

20.02.1996

Kipr

2:0

Kazbek Tuayev

28.04.2004

Qazaxıstan

3:2

Karlos Alberto Torres

22.08.2007

Tacikistan

3:2

Şahin Diniyev

04.06.2008

Andorra

2:1

Berti Foqts

15.10.2008

Bəhreyn

2:1

Berti Foqts




0