Ərəb şeyxindən “Qalatasaray”a supertəklif
16.10.2008 - 12:06
Ərəb şeyxindən “Qalatasaray”a supertəklif
Bakı - APA-Sport. Dubay şəhərinin şeyxi Məhəmməd Əl Maktum “Qalatasaray” klubunu beynəlxalq turnirə dəvət edib. “APA-Sport”un məlumatına görə, istanbullular yanvarda təşkil olunacaq yarışa qatılacaq yeganə Türkiyə təmsilçisi olacaq.

Dubay şeyxi “Qalatasaray”la yanaşı, “Milan” (İtaliya), “Bavariya” (Almaniya) və “Feyenoord” (Hollandiya) klublarına da dəvət göndərib. Turnirin mükafat fondu 2,5 milyon ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, ötən il təşkil olunan analoji yarışın qalibi Braziliyanın “İnternasyonal” klubu olub.


0