Hiddink Azərbaycanla oyundan əvvəl Afrikada dincələcək
16.10.2008 - 12:32
Hiddink Azərbaycanla oyundan əvvəl Afrikada dincələcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Azərbaycanla oyun öncəsi Afrikaya yollanacaq. “APA-Sport”un məlumatına görə, 62 yaşlı holland mütəxəssis milli komandamızla görüşə qədər “qara qitə”də dincəlməyi qərara alıb: “Dekabrda məzuniyyətimdir. Yenidən Afrikaya yollanacağam. Ancaq konkret hansı ölkəyə gedəcəyimi hələ bilmirəm”.

Rusların yığmamızla görüşünün gələn ilin martın 28-də olacağını nəzərə alsaq, Hiddinkin Moskvaya qayıdışı uzun müddətdən sonra ola bilər. Ancaq holland mütəxəssis başqa fikirdədir: “Əlbəttə ki, Azərbaycanla oyunun beş aydan sonra keçiriləcəyinə görə, bu il bir daha Rusiyada olmayacağım doğru deyil. Qayıdışımın dəqiq vaxtını hələ deyə bilməsəm də, bu, çox uzaqda deyil. Həftəsonu atamın 92 yaşı tamam olacaq və biz bunu böyük ailə məslisində qeyd edəcəyik”.
0