Azərbaycan yığması: Payızda da qələbə olarmış
16.10.2008 - 14:15
Azərbaycan yığması: Payızda da qələbə olarmış
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bəhreyni məğlub edən Azərbaycan yığması təqvimlə bağlı sindromu qırıb. “APA-Sport”un hesablamalarına görə, indiyədək heç vaxt oktyabrda qələbə qazanmayan komandamız bu uğursuzluq zolağından çıxıb. Tarixi ərzində yığma ilin dörd ayında hələ də qələbəyə həsrətdir. Bu milli səviyyəsində oyunların nadir hallarda keçirildiyi yanvar, iyul və dekabr, həmçinin yığmamız üçün həmişə qara olan sentyabrdır.

Millinin ən uğurlu ayı isə iyundur. Yayın ilk ayında komandamız qələbələrinin az qala ¼-ni qazanıb. Növbəti seçmə oyununu Rusiya ilə martda keçirəcək yığmamız baharın ilk ayında da kifayət qədər - 5 qələbə qazanıb.

Fəsillərə gəlincə, yay və yazda milli komandanın nəticələri də göz oxşayır. Bu fəsillərin hərəsində 10 qələbəni sıralayan yığmamız qışda üç dəfə sevinib. Bəhreyndəki oyun isə yığmanın ikinci payız qələbəsidir. Yalnız 10 il əvvəl Gəncədə Estoniyanı qəbul edən millimiz 2:1 hesabı ilə zəfər çalmışdı.

Millimizin qələbələri aylar üzrə:

ay

qələbə

yanvar

-

fevral

3

mart

5

aprel

2

may

3

iyun

6

iyul

-

avqust

4

sentyabr

-

oktyabr

1

noyabr

1

dekabr

-




0