Avrokuboklar bizlik deyil
20.10.2008 - 09:00
Avrokuboklar bizlik deyil
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın kişi voleybolçulardan ibarət “Azərneft” klubu “Çelenc kuboku” turnirində mübarizəni dayandırıb. “APA-Sport”un məlumatına görə, Sabir Əliyevin rəhbərlik etdiyi komandamız yarışın birinci mərhələsinin cavab matçında da “Metallurq”a uduzub.

Belarusda baş tutan görüş “Azərneft”in 0:3 (20:25, 16:25, 15:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. İvaylo Yordanovla (Bolqarıstan) Mixail Medvedin (Ukrayna) idarə etdiyi oyunu 150 tamaşaçı izləyib.

Qeyd edək ki, “Azərneft” oktyabrın 11-də Quba Olimpiya Kompleksində keçirilən ilk görüşdə rəqibinə eyni hesabla uduzub.


0