Semih qələbədən dəm vurur
21.10.2008 - 12:27
Semih qələbədən dəm vurur
Bakı - APA-Sport. “Fənərbaxça” klubunun hücumçusu Semih Şəntürk Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”la oyun öncəsi iddialı açıqlamalar verib. “APA-Sport”un məlumatına görə, istanbulluların “qol silahı” üç xal qazanacaqlarına inanır.

“İndiyədək ən güclü rəqibləri İstanbuldan əliboş yola salmışıq. “Arsenal”ı da məğlub edəcəyik. Biz ötən mövsüm ¼ finalda mübarizə aparmış bir kollektivik. Azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanacağıq” - deyə Semih bildirib.

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasında iki turdan sonra 1 xalla sonuncu sırada qərarlaşıb.
.


0