“İnter” gələn ilin yanvarında Moskvaya gedəcək
21.10.2008 - 12:59
“İnter” gələn ilin yanvarında Moskvaya gedəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Son Azərbaycan çempionu Bakının “İnter” klubu gələn ilin yanvarında Moskvaya gedəcək. “APA-Sport”un məlumatına görə, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turniri uğrunda növbəti yarışın Rusiya paytaxtına qaytarıldığı rəsmən açıqlanıb. Sayca 17-ci olacaq turnir gələn il yanvarın 17-dən 25-dək Moskvada keçiriləcək.

Turnirin təşkilatçıları həmişə Rusiya paytaxtında baş tutmuş “Birlik kuboku”nun məkanını ilk dəfə bu il dəyişdirərək, Sankt-Peterburqa salmışdı. Bunun lazımı effekt vermədiyini görən təşkilatçılar cəmi bir ildən sonra səhvlərini düzəldiblər.

Qeyd edək ki, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nun sonuncu qalibi “Xəzər-Lənkəran” olub. “İnter” isə bu turnirdə ilk dəfə ölkəmizi təmsil edəcək.


0