Mourinyo simulyantların adlarını açıqladı
21.10.2008 - 13:24
Mourinyo simulyantların adlarını açıqladı
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Mourinyo bır sıra futbolçuları simulyasiyaya meyllikdə ittiham edib. “APA-Sport”un məlumatına görə, 45 yaşlı portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasında çıxış edən Didye Droqba (“Çelsi”), Kriştiano Ronaldo (“Mançester Yunayted”), Fernando Torres (“Liverpul”) və Robin van Persini (“Arsenal”) penalti qazanarkən etdiyi hərəkətlərlə dalğıca bənzədib.

Mourinyonun fikrincə, bu futbolçular penalti təyin olunmaq üçün rəqibin cərimə meydanında özlərini yerinə atırlar: “Mən daha “Çelsi”nin baş məşqçisi deyiləm və onları müdafiə etməməliyəm. Didye Droqba simulyantdır. Elə Ronaldo, van Persi, Torres də penaltiləri bu yolla qazanıblar. İngiltərədə simulyantları sevmirlər. İngilis məşqçilər uşaqları futbol oynamağı, İtaliya, İspaniya və Portuqaliyada isə oyunlarda qalib gəlməyi öyrədirlər”.
0