Quiza Fabreqasa nə deyib?
21.10.2008 - 14:44
Quiza Fabreqasa nə deyib?
Bakı – APA-Sport. “Quiza mənə stadionda mükəmməl ab-hava olacağını deyib. Onlar qələbə qazanmağa çalışacaqlar”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Arsenal”ın ispan legioneri Sesk Fabreqas söyləyib.

Gənc yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları “Fənərbaxça”nın güclü heyətə malik olduğunu bildirib. Fabreqas İstanbul klubunun uğurları üçün çalışan həmyerlilərindən də ağızdolusu danışıb.

“Araqones səmimiyyəti və cəsarəti ilə iz buraxan inanılmaz bir insandır. Türkiyə Superliqasında qələbə qazandıqlarını eşidəndə sevindim. Luis İspaniya yığmasında işləyərkən daha sərt tənqidlərlə üzləşmişdi. Digər həmyerlim Quiza kimi insanlar çox azdır. Yəqin ki oyundan əvvəl bir qədər güləcəyik. Sonra isə ...”.
0