Premyer Liqada IX turun oyunlarının vaxtı
21.10.2008 - 15:49
Premyer Liqada IX turun oyunlarının vaxtı
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasında IX turun oyunlarının başlanma saatı açıqlanıb. “APA-Sport”un məlumatına görə, növbəti turun görüşləri arasında ən tez MOİK - “Qarabağ” matçının start fiti çalınacaq (saat 15:00-da). Həmin gün qızıl medallara iddialılar “Bakı” ilə “Xəzər-Lənkəran”ın görüşünün keçiriləcəyini nəzərə alan təşkilatçılar azarkeşlərin paytaxtdakı hər iki oyunu izləməsinə şərait yaradıblar.
Bundan başqa, Peşəkar Futbol Liqası “Neftçi”nin “İnter”lə qarşılaşmasının saat 17:15-ə təyin olunması ilə bağlı rəsmi müraciətini müsbət cavablayıb. Respublika stadionunda keçiriləcək bu görüş Az.TV telekanalı vasitəsilə canlı yayımlanacaq.

25 oktyabr

“Standard” – “Qəbələ”

Bakı. “Şəfa” stadionu. Saat 16:00

“Turan” – “Bakılı”
Tovuz. Şəhər stadionu. Saat 16:00

NBC – “Karvan”
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00

“Neftçi” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 17:15

26 oktyabr

MOİK – “Qarabağ”

Bakı. “Şəfa” stadionu. Saat 15:00

“Bakı” - “Xəzər-Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 18:00

“Simurq” – “Olimpik”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 18:00
0