“Yuventus”un baş məşqçisi qovulur
21.10.2008 - 17:30
“Yuventus”un baş məşqçisi qovulur
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Yuventus” klubunun rəhbərliyi baş məşqçi Klaudio Ranyeriyə ultimatum verib. “APA-Sport”un məlumatına görə, Turin təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün Madridin “Real” klubu ilə ev oyununda da qələbə qazana bilməyəcəyi təqdirdə, Ranyeri istefaya göndəriləcək. Onun xələfi qismində Milan “İnter”inin sabiq baş məşqçisi Roberto Mançini göstərilir. “Yuventus” rəsmilərinin son beş ayda işsiz olan bu mütəxəssislə artıq görüşərək, danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, cari mövsümdə uğursuz çıxış edən “Yuventus” A seriyasında 7 turdan sonra cəmi 9 xal toplayıb. Yarış cədvəlində 12-ci pillədə qərarlaşan turinlilərin Çempionlar Liqasında da işləri qaydasında deyil. “Zenit”i evdə çətinliklə məğlub edən (1:0) və debütant Belarusun BATE klubu ilə səfər oyununda (2:2) vacib iki xal itirən Ranyerinin komandası hazırda qrupda 2-ci yeri tutur.
0