“Arsenal” “Fənərbaxça”nın başına oyun açdı
22.10.2008 - 00:55
“Arsenal” “Fənərbaxça”nın başına oyun açdı
Bakı. Aqşin Əliyev - APA-Sport. UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun oyunları start götürüb. “APA-Sport”un məlumatına görə, turun ilk günü çox məhsuldar alınıb. Səkkiz matçda qapılara 36 qol vurulub.

Sankt-Peterburqda sensasiya qeydə alınıb. Yerli komanda, UEFA kubokunun qalibi “Zenit” Çempionlar Liqasının debütantı Belarus BATE-si ilə bacara bilməyib. Dik Advokatın yetirmələri məğlubiyyətdən axırıncı dəqəqələrdə yaxa qurtarıblar.

Türkiyənin bu yarışdakı yeganə təmsilçisi “Fənərbaxça” isə öz meydanında “Arsenal”a uduzub. “Sarı-lacivərdlilər” növbəti məğlubiyyətin ardından turnir cədvəlində mövqeyini daha da pisləşdirib. İstanbul klubunun avrokuboklarla vidalaşması ehtimalı artıb.


E qrupu
“Mançester Yunayted” - “Seltik” - 3:0
Berbeatov, 29; 51; Runi, 76.

“Vilyareal” - “Olborq” - 6:3
Rossi, 28; Kapdevilya, 33; Llorente, 67; 69; 84; Pires, 79 – Saqanovski, 19; Enevoldsen, 36; Yohansson, 77.

1.“Mançester Yunayted” 7 xal, 2.“Vilyareal” 7, 3.“Seltik” 1, 4.“Olborq” 1.


F qrupu
“Bavariya” - “Fiorentina” - 3:0
Kloze, 4; Şvaynştayger, 25; Ze Roberto, 90.

“Styaua” - “Lion” - 3:5
Bernhart, 8; Qoyan, 11; Petre, 45 - Keyta, 23; Benzema, 33; 72; Fred, 70, 90+3.

1.“Bavariya” 7, 2.“Lion” 5, 3.“Fiorentina” 2, 4.“Styaua” 1.


G qrupu
“Fənərbaxça” - “Arsenal” - 2:5
Silvestre, 19 (avtoqol); Quiza. 79 - Adebayor, 10; Uolkott, 11; Diabi, 22; Sonq, 49; Ramsey, 90+3.

“Portu” - “Dinamo” - 0:1
Əliyev, 27.

1.“Arsenal” 7, 2.“Dinamo” 5, 3.“Portu” 3, 4.“Fənərbaxça” 1.


H qrupu
“Yuventus” - “Real” - 2:1
Del Pyero, 5; Amauri, 49 – Rud van Nistelroy, 66.

“Zenit” - BATE - 1:1
Fatih Təkkə, 80 - Nexayçik, 52.

1.“Yuventus” 7, 2.“Real” 6, 3.BATE 2, 4.“Zenit” 1.





0