Sabah 3,4 milyard avroluq yarış başlayır
22.10.2008 - 12:12
Sabah 3,4 milyard avroluq yarış başlayır
Bakı - APA-Sport. UEFA kubokunun qrup mərhələsində mübarizə aparacaq komandaların ümumi dəyəri açıqlanıb. “APA-Sport”un məlumatına görə, 40 klubun dəyəri 3 milyard 444 milyon 200 min avroya bərabərdir. Gözlənildiyi kimi, bu siyahıya İtaliyanın “Milan” klubu başçılıq edir. Türkiyənin ən titullu təmsilçisi “Qalatasaray” isə 40 komanda arasında 10-cu yerdədir. İstanbullular yer aldığı qrupun da ən bahalı kollektividir.

UEFA kubokunun ən dəyərli 10 klubu

1. “Milan” (İtaliya) - 312,45 milyon avro
2. “Mançester Siti” (İngiltərə) - 207,6 milyon avro
3. “Valensiya” (İspaniya) - 203,5 milyon avro
4. “Tottenhem” (İngiltərə) - 196,8 milyon avro
5. “Sevilya” (İspaniya) - 180,5 milyon avro
6. “Şalke 04” (Almaniya) - 134,5 milyon avro
7. “Aston Villa” (İngiltərə) - 133,9 milyon avro
8. “Hamburq” (Almaniya) - 123,95 milyon avro
9. “Portsmut” (İngiltərə) - 118,5 milyon avro
10. “Qalatasaray” (Türkiyə) - 116,7 milyon avro
0