Dünya yığmasına 55 namizəd
22.10.2008 - 13:08
Dünya yığmasına 55 namizəd
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 2008-ci ilin dünya yığmasına namizədlərin siyahısı açıqlanıb. “APA-Sport”un məlumatına görə, Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FİFPro) ilin ən yaxşı 11 oyunçusu olmağa layiq 55 futbolçunu müəyyənləşdirib. Oktyabrın 27-də açıqlanacaq rəmzi yığmaya namizədlər arasında Avropa çempionlarının aşkar üstünlüyü var. 11 yerə 13 ispaniyalı iddia edir ki, bu da digər ölkələrlə müqayisədə böyük üstünlükdür. Qitə çempionatının digər mükafatçıları Almaniya və Rusiya cəmi iki oyunçu ilə təmsil olunubsa, namizədlər arasında türkiyəli yoxdur. 42 ölkədən 45 minə yaxın futbolçunun iştirak edəcəyi sorğuda respondentlərin hər biri 1 qapıçı, 4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçunun adını göstərməlidir.

Qapıçılar: Artur Boruç (Polşa), Canluici Buffon (İtaliya), İker Kasilyas (İspaniya), Petr Çex (Çexiya), Edvin van der Sar (Hollandiya).

Müdafiəçilər: Daniel Alveş, Lusio (Braziliya), Pepe, Rikardo Karvalyu, Joze Bosinqva (Portuqaliya), Alessandro Nesta, Paolo Maldini, Fabio Kannavaro, Canluka Zambrotta (hamısı İtaliya), Qay Klişi, Patris Evra (Fransa), Eşli Koul, Con Terri, Rio Ferdinand (hamısı İngiltərə), Filip Lam (Almaniya), Karles Puyol, Serxio Ramos (hər ikisi İspaniya), Nemanya Vidiç (Serbiya), Xavyer Zanetti (Argentina), Yuri Jirkov (Rusiya).

Yarımmüdafiəçilər: Deku (Portuqaliya), Mixael Ballak (Almaniya), Mikael Essyen (Qana), Andrea Pirlo, Cennaro Qattuzo (hər ikisi İtaliya), Frank Lempard, Stiven Cerrard (hər ikisi İngiltərə), Kaka (Braziliya), Xavyer Maskerano (Argentina), Uesli Sneyder (Hollandiya), Sesk Fabreqas, Andres İnyesta, Markus Senna, Xavi (hamısı İspaniya), Frank Riberi (Fransa).

Hücumçular: Andrey Arşavin (Rusiya), Dimitar Berbatov (Bolqarıstan), Didye Droqba (Kot d’İvuar), Samuel Eto’O (Kamerun), Tyeri Anri (Fransa), Zlatan İbrahimoviç (İsveç), Lionel Messi, Karlos Teves (hər ikisi Argentina), Ueyn Runi (İngiltərə) Ruud van Nistelroy (Hollandiya), Ronaldinyo (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya), Luka Toni (İtaliya), Fernando Torres, David Vilya (hər ikisi İspaniya).


0