Skibbe uğur axtarır
22.10.2008 - 14:55
Skibbe uğur axtarır
Bakı - APA-Sport. “Rəhbərlik etdiyim komanda uğur axtarışındadır. Çıxış etdiyimiz bütün yarışlarda birinci olmağı hədəf seçmişik”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray” klubunun baş məşqçisi Mihael Skibbe söyləyib.

Alman mütəxəssis bildirib ki, sabah UEFA kubokunun qrup mərhələsi çərçivəsində Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşmadan da qələbə ilə ayrılmağa çalışacaqlar: “Bu oyuna ciddi köklənmişik. Bizi maraqlı oyunun gözlədiyini deyə bilərəm. Stadionumuzda yenə möhtəşəm ab-hava olacaq. Azarkeşlərimizin dəstəyi bizim ən böyük üstünlüyümüzdür”.
0