Bakıda Rabitə İşçilərinin Respublika Spartakiadası keçirilir
22.10.2008 - 16:09
Bakıda Rabitə İşçilərinin Respublika Spartakiadası keçirilir
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə Bakıda Rabitə İşçilərinin Respublika Spartakiadası keçirilib.
APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Rabitə İşçilərinin Respublika Spartakiadası artıq on ildir ki, təşkil olunur. Bu il keçirilən «Sağlamlıq-2008» Spartakiadasında idmanın səkkiz növü - atletika (kross), voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, nərd, şahmat, dama üzrə 12 komanda iştirak edir. Yarışlar bu gündən başlayaraq, noyabrın 20-dək Bakının ayrı-ayrı idman mərkəzlərində keçiriləcək.
«Sağlamlıq-2008» Spartakiadasının qalibləri fərman, ümumkomanda kuboku və pul mükafatı ilə mükafatlandırılacaq.
0