Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
25.10.2008 - 22:27
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Tailandın paytaxtı Banqkokda keçirilən dünya çempionatında ilk medalını qazanıb. “APA-Sport”un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan Ramin Qurbanov fəxri kürsüyə yüksəlib.

Çempionata uğurlu başlayan Ramin ardıcıl iki görüşdə rəqiblərini üstələyib. O, 1/4 finalda uduzmasına baxmayaraq, təsəlliverici mərhələyə qatılıb. Burada da Qurbanovun iki idmançını məğlub etməsi, ona bürünc medal qazandırıb.

Qeyd edək ki, öncə yarışa qatılan Elmar Qasımov (90 kq), Fərid Babayev (+100 kq) və Kəmalə Hüeynzadə (63 kq) mükafatçılar sırasına düşə bilməyiblər. Sabah, dünya çempionatının axırıncı günündə Elsevər Sadıqzadə (60 kq) ilə Sərxan Əhmədov (66 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər.
0