Basketbolçumuz gecə klubunda yaxalandı
29.10.2008 - 11:28
Basketbolçumuz gecə klubunda yaxalandı
Bakı - APA-Sport. Azərbaycanlı basketbolçu, Türkiyənin “Fənərbaxça Ülkər” klubunun üzvü Rasim Başak paparatsilərin hədəfinə tuş gəlib. “APA-Sport”un məlumatına görə, 29 yaşlı idmançı gecə klubunda yaxalanıb.

Paparatsilər Rasimi bir qızla əyləndiyi zaman görüblər. Sonradan bu xanımın “Beşiktaş Cola Turka” basketbol klubunun şərəfini qoruyan 18 yaşlı Qamze Zeren olduğu müəyyənləşib. Əzəli rəqib komandaların formalarını geyinmələrinə baxmayaraq, Başakla Zeren səhərədək kef çəkib.

Qeyd edək ki, Rasimin atası azərbaycanlı, anası isə rusdur. Türkiyədə böyüyüb-başa çatan basketbolçu vaxtilə bu ölkənin milli komandasında da oynayıb.
0