Olimpiya çempionu tualetlə küçəni səhv saldı
30.10.2008 - 12:33
Olimpiya çempionu tualetlə küçəni səhv saldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Pekin Olimpiadasının qalibi olan çinli tennisçi Van Hao törətdiyi insidentlə özünü biabır edib. “APA-Sport”un məlumatına görə, 25 yaşlı idmançı tualetlə küçəni səhv salıb. Belə ki, vəziyyəti pisləşən Van tualet axtarmaq əvəzinə işini elə dayanacaqlardan birində görüb.

Bu isə dayanacaq gözətçisinin narazılığına səbəb olub. Olimpiya çempionuna irad bildirən həmin şəxs payını alıb. Hao gözətçini borclu çıxarıb: “Sənin nə ixtiyarın var ki, məni öyrədəsən? Mən olimpiya çempionuyam, bəs sən kimsən? Əgər sifətindən zərbə almaq istəyirsənsə, bunu təşkil edərəm”.

Ardınca gözətçi olimpiya çempionundan bir neçə zərbə alıb. Maraqlıdır ki, Van polis bölməsində də özünü təmizə çıxarıb. Ancaq Haonun bu təkidi nəticə verməyib. Məhkəmənin çıxardığı qərarla nüfuzlu idmançı həm xəsarət yetirdiyi adamdan üzr istəyib, həm də hərəkətinə görə 2000 yuan məbləğində (290 dollara yaxın) cərimə ödəyib.
0