Yığmamız Avropa çempionatında medalsız qaldı
03.11.2008 - 11:55
Yığmamız Avropa çempionatında medalsız qaldı
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin Konya şəhərində taekvondo üzrə komandalararası Avropa çempionatı keçirilib. “APA-Sport”un məlumatına görə, Azərbaycan yığması yalnız kişilərin yarışında mübarizə aparıb. Ancaq Elnur Amanov (58 kq), Rövşən Məmmədov (68 kq), Ramin Əzizov (80 kq) və Təvəkkül Bayramovdan (+80 kq) ibarət milli komandamız mükafatçılar sırasına düşə bilməyib.

Püşkün nəticəsinə əsasən, Ələkbər İmaməliyevin rəhbərlik etdiyi kollektiv Belarus və Avstriya ilə birgə C qrupunda yer alıb. Hər iki rəqibinə 4:0 hesabı ilə qalib gələn yığmamız 1/4 finala qrup lideri qismində vəsiqə qazanıb. Bu mərhələdə isə taekvondoçularımızın qarşısını almaniyalı həmkarları kəsib. Milli komandamız 1:3 hesabı ilə uduzduğundan, çempionatla erkən vidalaşıb. Həm kişilərin, həm də qadınların turnirində qızıl medallara Türkiyə sahib çıxıb.


0