AFFA rəsmiləri UEFA-nın seminarına qatılıblar
03.11.2008 - 18:01
AFFA rəsmiləri UEFA-nın seminarına qatılıblar
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Ştutqart şəhərində UEFA-nın kütləvi futbola həsr olunmuş seminarı öz işinə başlayıb. “APA-Sport”un məlumatına görə, tədbirdə AFFA rəsmiləri də iştirak edirlər.

Belə ki, seminara AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov, baş katibin müavini Elxan Əsədov, Uşaq və Gənclərin Tərəqqisi və Yarışların Təşkili şöbəsinin müdiri Xalid Novruzov, həmçinin Lisenziyalaşdırma Qrupunun idman meyarları üzrə eksperti Elçin Məmmədov qatılıblar. Toplantıya noyabrın 8-də yekun vurulacaq.

Qeyd edək ki, bir neçə gün öncə ölkəmiz UEFA-nın Kütləvi Futbol Proqramına rəsmən qoşulub.
0