Milli komandanın futbolçusu nərdivandan yıxıldı
03.11.2008 - 18:56
Milli komandanın futbolçusu nərdivandan yıxıldı
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə Superliqasının lideri olan “Trabzonspor” klubunun üzvü Tolqa Zəngin xoşagəlməz halla üzləşib. “APA-Sport”un məlumatına görə, gənc qapıçı nərdivandan yıxılaraq ciddi zədələnib.

Hadisə Tolqanın evində baş verib. O, nərdivanla aşağı enərkən işıq sönüb. Bu zaman müvazinətini saxlaya bilməyən qapıçı nərdivandan aşıb və nəticədə sol əlinin bir neçə barmağı qırılıb. Türkiyə yığmasının da şərəfini qoruyan Zəngin zədə ucbatından təxminən iki ay meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bununla bağlı Türkiyə mətbuatında Tolqanın tapança ilə əlinə atəş açdığı haqda xəbərlər yayılıb.
0