MOİK “Neftçi”nin 16 illik seriyasını qıra bilər
04.11.2008 - 11:35
MOİK “Neftçi”nin 16 illik seriyasını qıra bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Premyer Liqanın debütantı MOİK Azərbaycan futbolunun ən uzun seriyasını qıra bilər. “APA-Sport”un məlumatına görə, ölkə kubokunun 1/8 final mərhələsində “Neftçi” ilə qarşılaşan “hərbçilər” rəqibin 16 illik seriyasına son qoymaq niyyətindədir.

Belə ki, flaqman 1992-ci ildən indiyədək Azərbaycan kuboku yarışlarında həmişə 1/4 finala vəsiqə qazanan yeganə komandadır. Heç vaxt ölkə kubokunun “səkkizliy”indən kənar qalmayan “Neftçi” 15 dəfə yarımfinalın astanasınadək gəlib. Bu göstəricidə bakılıların ən yaxın izləyicisi “Qarabağ” 9, “Turan”la “Bakı” isə 8 dəfə 1/4 finala yüksəlib.
0