“Neftçi”nin sabiq futbolçusu istefa verib
04.11.2008 - 12:26
“Neftçi”nin sabiq futbolçusu istefa verib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun sabiq futbolçusu Vitali Şevçenko istefa verib. “APA-Sport”un məlumatına görə, Bakıda anadan olan, son iki ildə isə Ukrayna çempionatının güclülər dəstəsində mübarizə aparan Odessa “Çernomorets”ini çalışdıran soydaşımız tutduğu vəzifədən azad olunub. Buna komandanın cari mövsümdə uğursuz çıxışı səbəb olub.
Baş məşqçi vəzifəsinin icrası “Çernomorets”in əfsanəvi futbolçusu sayılan Viktor Qrişkoya tapşırılıb. Turnir cədvəlində 9-cu yerdə gedən odessalılar son turda “Qalatasaray”ın UEFA kubokundakı rəqibi Xarkovun “Metallist” klubuna 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Neftçi”nin heyətində SSRİ çempionatında uzun müddət oynamış Vitali Şevçenkonun məşqçilik karyerası əsasən Rusiya və Ukrayna ilə bağlıdır.


0