Diarra “Fənərbaxça”ya gəlir
04.11.2008 - 12:47
Diarra “Fənərbaxça”ya gəlir
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubu dövrələrarası fasilədə transfer edəcəyi futbolçulardan birinin razılığını alıb. “APA-Sport”un məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyinin Fransanın “Bordo” klubunun üzvü Alou Diarra ilə danışıqları müsbət yekunlaşıb.

Öz klubunda ön müdafiəçi mövqeyində çıxış edən Diarra yanvarda “Fənərbaxça”ya keçməyə etiraz etməyib. İki klub arasında da razılıq əldə olunarsa, Diarranın “Bordo”dan ayrılmasında bir problem qalmayacaq.

Qeyd edək ki, “Fənərbaxça” Mehmet Aurelionun İspaniyanın “Betis” klubuna transferindən sonra yaranan problemi hələ də yoluna qoya bilməyib.
0