Kyuell dopinq qəbul edir
04.11.2008 - 15:50
Kyuell dopinq qəbul edir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Harri Kyuell dopinqdən yararlanır. “APA-Sport”un məlumatına görə, 32 yaşlı avstraliyalı legioner hər gün “steroid prednisone” preparatını qəbul edir. Kyuellin istifadə etdiyi bu dərman WADA-nın qadağan olunmuş maddələr üçün tərtib etdiyi siyahıda yer alıb. Lakin qaraciyəri ilə bağlı problemi olan futbolçu bunun üçün xüsusi icazə almalı olub.
Qeyd edək ki, bir müddət əvvəl eyni preparatdan icazəsiz istifadə edən “Milan”lı futbolçu Borrielloya üç aylıq cəza verilmişdi.
0