Böyük Britaniyanın olimpiya məsələləri üzrə naziri Azərbaycana gələcək
04.11.2008 - 16:37
Böyük Britaniyanın olimpiya məsələləri üzrə naziri Azərbaycana gələcək
Bakı. Viktoriya Dementyeva - APA-Sport. Böyük Britaniyanın olimpiya məsələləri üzrə naziri Tessa Couel 2009-cu ildə Azərbaycana təşrif buyuracaq. “APA-Sport”un Böyük Britaniya mətbuatına istinadən məlumatına görə, səfər Beynəlxalq Stimullaşdırma Proqramı çərçivəsində baş tutacaq.

Vaxtilə Böyük Britaniyanın mədəniyyət naziri vəzifəsini daşımış Coeulin bu proqramla bağlı ümumilikdə 5 ölkəyə səfəri nəzərdə tutulub. O, gələn il Azərbaycanla yanaşı, Zambiyaya da baş çəkəcək. Eyni zamanda, Braziliya, Hindistan və Palau da proqramın iştirakçısıdır.

Qeyd edək ki, bu ilin yanvarından tətbiq olunan Beynəlxalq Stimullaşdırma Proqramı 2012-ci il London Yay Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaq üçün həyata keçirilir. Proqramın əsas məqsədi gəncləri idmana cəlb etmək və buna uyğun texniki bazanı yaratmaqdır.


0