Türkiyə AVRO-2012-nin təşkilatçılıq hüququna sahib çıxmaq istəyir
04.11.2008 - 16:56
Türkiyə AVRO-2012-nin təşkilatçılıq hüququna sahib çıxmaq istəyir
Bakı. Kənan Həsənov - APA-Sport. Ukrayna və Polşa 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının təşkilatçılıq hüququndan imtina edərsə, Türkiyə öz namizədliyini irəli sürəcək. “APA-Sport”un məlumatına görə, bu açıqlama ilə Türkiyənin idman naziri Murad Başesgioğlu çıxış edib.

“Ölkəmiz belə nüfuzlu yarışı qəbul etmək üçün bütün imkanlara sahibdir. Avropa çempionatını təkbaşına da yüksək səviyyədə təşkil edə bilərik. Ukrayna və Polşa maliyyə böhranı ucbatından geri çəkilərsə, biz lazımi addımları atacağıq” - deyə Başesgioğlu bildirib.

Nazir 2005-ci ildə Çempionlar Liqasının, gələn ilin mayında isə UEFA kubokunun finalını təşkil edəcəklərini xatırladaraq Türkiyənin lazımi təcrübəyə malik olmasını vurğulayıb.
0