Avropa çempionatına beş boksçumuz yollanıb
06.11.2008 - 11:24
Avropa çempionatına beş boksçumuz yollanıb
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün İngiltərənin Liverpul şəhərində boks üzrə kişilər arasında Avropa çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, sabah başlayacaq döyüşlərə Azərbaycan yığmasının üzvləri də qatılacaqlar.

Birinciliyə baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında beş boksçu yollanıb. Liverpulda nəyə qadir olduğunu Samir Məmmədov (54 kq), Famil Süleymanov (60 kq), Fərhad Acalov (64 kq), Emil Məhərrəmov (69 kq) və Elçin Əlizadə (91 kq) göstərməyə çalışacaq.

37-ci dəfə təşkil olunacaq Avropa çempionatına noyabrın 15-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.


0