Bakıda xatirə turniri
06.11.2008 - 15:49
Bakıda xatirə turniri
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Bakı İdman Sarayında Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Xosrov Cəfərovun xatirəsinə həsr olunan turnir start götürəcək. “APA-Sport”un məlumatına görə, ikinci dəfə təşkil olunacaq yarışın mükafatları uğrunda yeniyetmə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Bu birincilik 2009-cu ilin yanvarında Milli Qəhrəman Müşfiq İsayevin xatirəsinə təşkil ediləcək beynəlxalq turnirə seçmə xarakter daşıyacaq. Belə ki, mükafatçılar adıçəkilən yarışda iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, noyabrın 8-də başa çatacaq xatirə turnirində 200-dək pəhləvanın iştirakı gözlənilir.
0