Amsterdam fiaskosu davam edir
07.11.2008 - 11:50
Amsterdam fiaskosu davam edir
Bakı. Kənan Həsənov - APA-Sport. Gənc qılıncoynadanlar arasında Hollandiyanın Amsterdam şəhərində təşkil olunan Avropa çempionatında daha bir yarış günü arxada qalıb. “APA-Sport”un məlumatına görə, Azərbaycan yığmasının üzvləri yenə zəif nəticələrlə diqqət mərkəzinə düşüblər.

Belə ki, 82 şpaqaçının fərdi birinciliyində ən yaxşı nəticəni 70-ci yeri tutan Elmira Xudaverdiyeva qazanıb. Nigar Abbasova 73-cü, Səbinə Hüseynova 80-ci olub.
Oğlan sablyaçılarımızdan isə Yusif Budaqov 66 idmançı arasında 45-ci, Azər Tağıyev 59-cu, Namiq Ağarəhimov 60-cı yeri tutub.

Bu gün qızlardan, sabah isə kişilərdən ibarət sablya yığmalarımız komanda yarışında güclərini sınayacaqlar.


0