Milli komanda Lənkərana gedə bilər
07.11.2008 - 12:16
Milli komanda Lənkərana gedə bilər
Bakı. Aqşin Əliyev - APA-Sport. Ağır atletika üzrə Azərbaycan milli komandası Avropa çempionatının hazırlığına noyabrın sonlarından etibarən başlayacaq. Bu haqda “APA-Sport”a yığmanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. Qitə birinciliyinə hazırlıq məqsədilə ilk təlim-məşq toplanışı paytaxtdan kənarda keçiriləcək.

Belə ki, atletlərin Gəncə və ya Lənkəranda hazırlaşacaqları gözlənilir. Qarşıdakı aylarda milli komanda daha bir neçə dəfə təlim-məşq toplanışında olacaq. Avropa çempionatı gələn ilin aprelində Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.


0