Beynəlxalq Federasiya Bakıda ofis axtarır
07.11.2008 - 14:50
Beynəlxalq Federasiya Bakıda ofis axtarır
Bakı. Aqşin Əliyev - APA-Sport. Avropa Universal Döyüş Federasiyasına (EUF) Bakıda mənzil-qərargah axtarışı davam edir. Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun “APA-Sport”a verdiyi məlumata görə, bu məsələ tezliklə həllini tapacaq. Hazırda federasiya rəsmiləri iki variantı nəzərdən keçirirlər.

“Avropa Universal Döyüş Federasiyasının mənzil-qərargahı ya Tofiq Bəhramov adına Respublika stadionunda, ya da paytaxtın Nərimanov prospektində yerləşəcək. Hər halda, qəti qərar yaxın günlərdə açıqlanacaq” - deyə Həsənov vurğulayıb. O, ofis axtarışlarının gec nəticə verməsini obyektiv səbəblərlə əlaqələndirib.

Qeyd edək ki, 2007-ci ilin dekabrından etibarən EUF-un prezidenti postunu MOİK-in rəisi, polkovnik Natiq Əliyev daşıyır.


0