Zeynəb medalsız qaldı
10.11.2008 - 12:41
Zeynəb medalsız qaldı
Bakı. Kənan Həsənov - APA-Sport. Slovakiyanın paytaxtı Bratislavada bədii gimnastika üzrə Qran-Pri turnirinin final mərhələsinə yekun vurulub. “APA-Sport”un məlumatına görə, yarışın mükafatları uğrunda Azərbaycan yığmasının üzvü Zeynəb Cavadlı da mübarizə aparıb.

Ayrı-ayrı növlər və çoxnövçülük üzrə yarışda iştirak edən gənc gimnastımız gözlənildiyi kimi, fəxri kürsüyə yüksələ bilməyib. Turnirin qalibi adını isə rusiyalı Olqa Kapranova qazanıb.
0