“Rövşən Bayramovun ən yaxşı güləşçi elan olunması, sağlam məntiqə ziddir”
10.11.2008 - 13:06
“Rövşən Bayramovun ən yaxşı güləşçi elan olunması, sağlam məntiqə ziddir”
Bakı. Kənan Həsənov - APA-Sport. “FİLA-nın ən yaxşı güləşçiləri müəyyənləşdirmək üçün tərtib etdiyi reqlament mükəmməl deyil və onu dəyişdirmək lazımdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) Avropa Komitəsinin prezidenti Tseno Tsenov söyləyib.

FİLA-nın seçimindən narazı qalan Tsenov olimpiadanın nəticələrinin əsas götürülməməsini məntiqsiz qərar adlandırıb: “Düzdü, pəhləvanlar il ərzində keçirilən yarışlarda göstərdikləri nəticələrə uyğun xal toplayırlar. Amma məsələ ondadır ki, bu zaman olimpiada ilə Qran-Pri turniri arasında fərq qoyulmur. Fedorişin, Bayramov və Zlateva mövcud qaydaya əsasən ən yaxşı elan olunublar. Amma bu sağlam məntiqə ziddir. Olimpiadadan gümüş medalla dönən pəhləvanların laureat seçilmələri absurddur”.

Qeyd edək ki, FİLA yunan-Roma güləşində Azərbaycan yığmasının üzvü Rövşən Bayramovu, sərbəst güləşdə Vasili Fedorişini (Ukrayna), qadın güləşində isə Stanka Zlatevanı (Bolqarıstan) planetin ən güclü pəhləvanları seçib. Rusiyanın İdman Güləşi Federasiyası (FSBR) isə həmyerliləri, Aslanbek Xuştovla (yunan-Roma güləşi), Buvaysar Saytiyevi (sərbəst güləş) və yaponiyalı Saori Yoşidanı (qadın güləşi) fərqləndirib.


0