Bakıda Beynəlxalq Yanğın və Xilasetmə İdmanı Federasiyasının IX Beynəlxalq Konfransı keçirilir
12.11.2008 - 18:46
Bakıda Beynəlxalq Yanğın və Xilasetmə İdmanı Federasiyasının IX Beynəlxalq Konfransı keçirilir
Bakı. Rəşad Süleymanov – APA. Noyabrın 12-də Bakıda Beynəlxalq Yanğın və Xilasetmə İdmanı Federasiyasının IX Beynəlxalq Konfransı başlayıb. APA-nın məlumatına görə, noyabrın 13-də yekunlaşacaq tədbirin əsas məqsədi Federasiyaya üzv ölkələrin yanğın və xilasetmə idmanı sahəsində müvafiq dövlət qurumları arasında əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi, habelə təşkilati məsələlərə baxılmasıdır.

Tədbirdə Federasiyaya üzv ölkələrin müvafiq dövlət qurumlarının vəzifəli şəxsləri iştirak edir.
0