Dörd samboçumuz sabah dünya çempionatında mübarizəyə qoşulacaq
13.11.2008 - 14:10
Dörd samboçumuz sabah dünya çempionatında mübarizəyə qoşulacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Rusiyanın Sankt-Peterburq şəhərində sambo üzrə dünya çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, yarışda Azərbaycanın şərəfini 10 idmançı qoruyacaq. Artıq həmvətənlərimizin iştirakı ilə keçiriləcək görüşlərin vaxtı dəqiqləşib.

Təqvimə əsasən, turnirin ilk günündə sambo növündə İslam Qasımov (52 kq), Vüqar Bayramov (62 kq), Araz Muxtarov (74 kq) və Elçin Həsənov (90 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər. Ertəsi günü Elçin Mayılov (57 kq), Zaur Paşayev (82 kq) və Ruslan Rüstəmov (100 kq) mübarizəyə qoşulacaqlar.

Döyüş sambosu növündə çıxış edəcək hər 3 idmançımız – Səid Mehdiyev (52 kq), Rəşid Fərziyev (57 kq) və Sadıq Kərimov isə noyabrın 16-da döşək üzərinə çıxacaqlar. Elə həmin gün yarışın rəsmi bağlanış mərasimi keçiriləcək. Samboçularımız yarışa baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında hazırlaşıblar. Çempionatda Yaqub Abdullayevlə Cabir İsmayılov hakim funksiyasını yerinə yetirəcək.
0