Qılıncoynatma Federasiyası rəssamları mükafatlandırdı
19.11.2008 - 13:24
Qılıncoynatma Federasiyası rəssamları mükafatlandırdı
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Rəssamlar Akademiyasında “Qılıncoynatma gənc rəssamların gözü ilə” sərgisi keçirilib. “APA-Sport”un məlumatına görə, tədbirdə bu idman növü ilə bağlı müxtəlif rəsm əsərləri nümayiş olunub.

Fərqlənən rəssamlar Qılıncoynatma Federasiyası tərəfindən mükafatlandırılıb. Tədbirin sonunda isə federasiyanın vitse-prezidenti Valeh Hacıyev gələcəklə bağlı planlarını açıqlayıb: “Bu sərginin qılıncoynatmanın populyarlaşması və kütləvi hal almasında bir təkan olacağını düşünürəm. Bizim məqsədimiz bu idman növündə olan tarixi ənənələri bərpa etməkdir. Rəhbərlik olaraq, idmançılarımız üçün lazımi şərait yaratmışıq. 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında təmsil olunacağımıza ümid edirəm. Qılıncoynadanlarımızın bu nüfuzlu yarışda yüksək nəticələr qazanacağına inanırıq”.
0