Məşhur futbolçu rahib olur
19.11.2008 - 19:04
Məşhur futbolçu rahib olur
Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Ze Roberto maraqlı açıqlama ilə gündəmə gəlib. apasport.az saytının məlumatına görə, braziliyalı legioner karyerasını başa vurduqdan sonra kilsədə rahib kimi çalışacaq.

“Mən dinimə bağlı insanam. Arzum karyeramı bitirdikdən sonra rahib olmaqdır. Bunun üçün 4 il təlim keçməli olduğumu bilirəm. Amma buna dəyər. Çünki din mənim üçün çox önəmlidir” – deyə Ze Roberto vurğulayıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu, 1994 ildə başladığı karyerası ərzində “Portugeza”, “Flamenqo” (hər ikisi Braziliya), “Real” (İspaniya) və “Bayer” (Almaniya) klublarının da formasını geyinib.
0