Əfsanəvi Maradona qələbə ilə qayıtdı!
20.11.2008 - 02:37
Əfsanəvi Maradona qələbə ilə qayıtdı!
Noyabrın 19-da Azərbaycan - Albaniya (1:1) matçı ilə yanaşı, dünyanın müxtəlif yaşıl meydanlarında yoldaşlıq görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, günün ən maraqlı oyunu Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşib. Əfsanəvi futbolçu Dieqo Armando Maradonanın Argentina yığmasının baş məşqçisi postunda debütü məhz burada reallaşıb.

Yetirmələri ilk matçda Maradonaya qələbə hədiyyə ediblər. Şotlandiya ilə qarşılaşmanın taleyini Maksi Rodrigesin 9-cu dəqiqədə vurduğu qol həll edib. Bununla da, 48 yaşlı dünya çempionunun yeni vəzifədə debütü uğurlu alınıb.

Türkiyə milli komandası isə Avstriyaya qalib gəlib. Hərçənd, “ay-ulduzlular” Avro-2008-in təşkilatçılarından olan avstriyalılarla görüşdə çətin anlar yaşayıblar. 29-cu dəqiqədə hesabda geri düşən Fatih Terimin yetirmələri bundan 10 dəqiqə sonra Mehmet Aurelionun sayəsində tarazlığı bərpa edublər. Sonra Tuncay Şanlı səhnəyə çıxıb. O, 20 dəqiqəyə (42, 48 və 62-ci dəqiqələrdə) het-trikə imza atıb. Meydan sahibləri 54-cü dəqiqədə hesab arasındakı fərqi mimuma endirsələr də, yekunda məğlubiyyətlə barışıblar.

Şotlandiya - Argentina - 0:1

Avstriya - Türkiyə - 2:4

Almaniya - İngiltərə - 1:2

Slovakiya - Lixtenşteyn - 4:0

Danimarka - Uels - 0:1

İsveçrə - Finlandiya - 1:0

Hollandiya - İsveç - 3:1

İrlandiya - Polşa -2:3

Şimali İrlandiya - Macarıstan - 0:2

Fransa - Uruqvay - 0:0

İspaniya - Çili - 3:0

Ukrayna - Norveç - 1:0

Yunanıstan - İtaliya - 1:1

Rumıniya - Gürcüstan - 2:1

Kipr - Belarus - 2:1

Litva - Moldova - 1:1

Lüksemburq - Belçika - 1:1

Çernoqoriya - Makedoniya - 2:1

Serbiya -Bolqarıstan - 6:1

Sloveniya - Bosniya - 3:4

Malta - İslandiya - 0:1

İsrail - Kot d’İvuar - 2:2

Oman - Paraqvay - 0:1

Qana - Tunis - 0:0

Misir - Benin -5:1

CAR - Kamerun - 3:2

Mərakeş - Zambiya - 3:0

Makau - Honk Konq - 1:9








0