Subaşiç təəssüfləndi
20.11.2008 - 10:51
Subaşiç təəssüfləndi
“Mən yığmanın oyununda həmişə maksimum güc sərf etməyə çalışıram. Bu dəfə də istisna olmadı. Yaxaladığım imkandan maksimum yararlandım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç söyləyib.

Serbiyalı legioner Albaniya ilə yoxlama matçında qələbəni əldən verdiklərinə görə təəssüflənib: “Rəqibin azlıqda qalmasından yararlana bilmədiyimizə üzülürəm. Halbuki, qələbə qazanmaq üçün yetərincə imkanımız oldu”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. Bu oyunda hesabı isə 4-cü dəqiqədə məhz “Srvena Zvezda” klubunda çıxış edən Subaşiç açıb.
0