Elvin Məmmədov: “Klubumda əsas heyətə düşə bilməməyim oyunuma təsir göstərir”
20.11.2008 - 11:04
Elvin Məmmədov: “Klubumda əsas heyətə düşə bilməməyim oyunuma təsir göstərir”
“Meydana qələbə qazanmaq istəyi ilə çıxmışdıq. Amma yalnız ilk hissədə yaxşı oyun göstərə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının və “İnter” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov söyləyib.

20 yaşlı futbolçu Albaniya ilə yoxlama matçında ikinci hissədə meydana çıxmamasının səbəbini oyun praktikasının azlığı ilə izah edib: “Klubumda son vaxtlar əsas heyətə düşə bilmirəm. Bu da oyunuma təsir göstərir”.

Məmmədov rəqib düşərgənin hakimlərdən narazı qalmağa əsaslarının olmadığını da sözlərinə əlavə edib. Onun fikrincə, oyunun gürcüstanlı baş hakiminin və köməkçilərinin idarəçiliyində qərəz axtarmaq mənasızdır.
0