Rusiya mətbuatı: “Azərbaycan - Albaniya qarşılaşması az qala nəhəng qalmaqalla nəticələnəcəkdi”
20.11.2008 - 11:07
Rusiya mətbuatı: “Azərbaycan - Albaniya qarşılaşması az qala nəhəng qalmaqalla nəticələnəcəkdi”
Azərbaycan - Albaniya matçında baş verənlər Rusiya mətbuatı da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsində yığmamızın rəqibi olacaq rusiyalılar Bakıda keçirilən yoldaşlıq oyununa da diqqət ayırıb. Həmkarlarımızın fikrincə, görüşün baş hakimi Laşa Silaqava adi bir oyunu dünya futbol ictimaiyyətinin gündəminə gətirməyə yaxın olub: “Avropa (dünyadan danışmağa heç dəyməz) futbol elitasından çox uzaq olan iki yığmanın oyunu ilk baxışdan heç nəylə əlamətdar olmamalı idi. Lakin qarşılaşma az qala nəhəng qalmaqalla nəticələnəcəkdi. Buna Laşa Silaqavanın başçılıq etdiyi gürcü hakimlər briqadasının iyrənc idarəçiliyi səbəb idi. Belə ki, hesab 1:1 olandan sonra hakimlər Azərbaycan yığmasının xeyrinə “qərəzsiz” səhvlər etməyə başladı. Fasilə ərəfəsində isə baş hakim naməlum səbəblər üzündən Elvin Bekirini meydandan qovdu. Bundan sonra meydanda az qala dava düşəcəkdi. Bütün bunlardan sonra Albaniya yığması ikinci hissəyə çıxmaqdan boyun qaçırmağa başladı. Və yalnız fasilədən əlavə 12 dəqiqəyə onları yola gətirmək oldu”.
0