Nəriman Abdullayev: “Komanda hesabında birinci olmağa çalışacağıq”
20.11.2008 - 13:16
Nəriman Abdullayev: “Komanda hesabında birinci olmağa çalışacağıq”
“Boksçularımız dünya çempionatına tam hazırdırlar. Bu məsul yarışda ölkəmizi ən çox güvəndiyimiz idmançılar təmsil edəcəklər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan boks yığmasının baş məşqçisi Nəriman Abdullayev deyib.

Abdullayev noyabrın 23-də Bakıda start götürəcək hərbçilərin dünya çempionatı ilə bağlı proqnoz verməkdən çəkinib. Bununla belə, o, mümkün qədər uğurlu nəticələr əldə etməyə çalışacaqlarını bildirib: “Doğma azarkeşlər önündə çıxış edəcəyik. Bu bizə əlavə üstünlük verən amildir. Konkret neçə medal qazanacağımızı deyə bilmərəm. Proqnoz verməyi xoşlamıram. Amma komanda hesabında birinci olmağa çalışacağıq”.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunacaq dünya çempionatı noyabrın 30-da başa çatacaq.
0