Əli İsmayılovun rəqibi dəyişdirildi
20.11.2008 - 18:03
Əli İsmayılovun rəqibi dəyişdirildi
Azərbaycanlı peşəkar boksçu Əli İsmayılovun noyabrın 27-də Rusiyanın Sankt-Peterburq şəhərində döyüşəcəyi rəqib dəyişdirilib. Apasport.az saytının məlumatına görə, WBO Latino versiyası üzrə “Qızıl kəmər”in sahibi olan 34 yaşlı təmsilçimizin ekvadorlu Ayman Ramadanla nəzərdə tutulan görüşü baş tutmayacaq.

Buna Misirdə anadan olan boksçunun Rusiyaya gəlmək üçün vaxtında viza ala bilməməsi səbəb olub. Belə olan halda, Əli titulunu Argentina idmançısı Rodolfo De Dominiçisə qarşı döyüşdə qoruyacaq. Rodolfo indiyədək peşəkar rinqdə keçirdiyi 12 (10 nokaut) görüşdə qələbə qazanıb. Sarsıdıcı zərbələri ilə tanınan argentinalı bu il artıq 6 döyüşdə rəqiblərini əzişdirib.

İsmayılov isə oktyabrda amerikalı rəqibi ilə görüşdə ikinci dəfə çempionluq titulunu qoruyub. Bu, həmyerlimizin peşəkar rinqdə 14-cü qələbəsi olub. İsmayılov, həmçinin bir dəfə uduzub, bir görüşü isə heç-heçə başa vurub.
0