Pis niyyətli futbolçu...
21.11.2008 - 19:32
Pis niyyətli futbolçu...
Braziliyalı milli komandasının futbolçuları Portuqaliya yığmasının lideri Kriştiano Ronaldonun “bostanına daş atıblar”. Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionlarına böyük hesablı məğlubiyyəti (2:6) həzm edə bilməyən Ronaldonu pis niyyətli olmaqda və kobudluqda günahlandırıblar. “Çelsi”yə keçidi ilə gündəmdə olan “Fluminense” klubunun müdafiəçisi Tyaqo Silva Kriştianonu ayağını sındırmaqda suçlayıb: “Ronaldo çox pis niyyətli futbolçudur. Əgər oyunda havaya tullanmasaydım, ayağımı qıracaqdı. Kriştianonu oyunun sonunda pis hala gətirdiyimizdən, sinirləndi. Mənə qarşı çox sərt oynadı və buna görə üzr istədi. Ancaq mən Ronaldonun üzrxahlığını qəbul etmədim”.
Braziliya yığmasının digər müdafiəçisi Marselo isə “Mançester Yunayted”də çıxış edən 23 yaşlı portuqaliyalı yarımmüdafiəçini ona dirsək atmaqda ittiham edib: “Oyundan kənarda qalan Ronaldo çox kobuddur. Topu alanda dirsək atmağa çalışdı və matç ərzində aqressiv oldu”.
0