Sərgən vida matçı keçirməyə hazırlaşır
21.11.2008 - 19:45
Sərgən vida matçı keçirməyə hazırlaşır
Türkiyənin tanınmış futbolçusu Sərgən Yalçın vida oyununu “Qalatasaray” klubuna qarşı keçirmək istəyir. Apasport.az saytının məlumatına görə, 18 illik futbolçu karyerasını ötən mövsüm “Əskişəhərspor” klubunda başa vuran Sərgənin vida matçı ilə bağlı hazırlıq işlərinə məşqçi kimi çalışdığı “Beşiktaş” başlayıb. Komandanın baş məşqçisi Mustafa Dənizli ilə fikir mübadiləsi aparan Yalçın həmin görüşü dövrlərarası fasilədə reallaşdırmaq istəyir. “Beşiktaş” rəhbərliyi bunu “Qalatasaray”dakı həmkarları ilə müzakirə edəcək. 37 yaşlı keçmiş yarımmüdafiəçi yetirməsi olduğu “Beşiktaş”dan başqa, Türkiyədə 8 klubda oynayıb. Sərgən Türkiyədə çempionluq yaşayan dörd böyük klubda (“Beşiktaş”, “Qalatasaray”, Fənərbaxça” və “Trabzonspor”) oynayan yeganə futbolçu kimi tarixə düşüb.
0