Azərbaycan futbolundakı problem Rusiyada
22.11.2008 - 12:19
Azərbaycan futbolundakı problem Rusiyada
Dünyada cərəyan edən maliyyə böhranı Rusiya idmanının xeyrinə işləyəcək. Apasport.az saytının məlumatına görə, rus həmkarlarımız bunun sayəsində futbolçuların göydən yerə enməsinə ümid edir. Belə ki, şimal qonşumuz bir il əvvələdək Azərbaycanda müşahidə olunan problemlə üzləşib.

“Həddi birinci aşan futbolçular oldu. Əvvəl Premyer Liqa oyunçusunun transfer qiyməti təxminən 400 min idisə, limitin tətbiqindən sonra yerli oyunçuların qiymətləri üç dəfə artdı. Və bu uçuş daim davam etdi. İş o yerə çatdı ki, “Spartak” Volkov kimi adi oyunçunu transfer etmək istəyəndə “Amkar” 7 milyon istədi. Yığmada heç bir oyun keçirməyən futbolçu üçün çox yaxşı qiymətdir. Maliyyə böhranı bu sabun köpüyünü yox edəcək”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yerli futbolçuların qiymətinin süni şəkildə artırılmağının qarşısını legioner limitinin ləğvi aldı.
0